May ayının 23-də Azərbaycandan Ümrəyə növbəti səfər baş tutacaq. Bu barədə Trend-ə QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri xəbər verib.
Məlumata görə, ziyarət üçün 36 nəfər müraciət edib. Sənədlərin toplanması davam edir.
Bundan öncə, aprel ayında Səudiyyə Ərəbistanı Ümrə mövsümünün səfər ayında sona çatacağını elan edib. Bildirilib ki, Ümrə vizası üçün son müraciət tarixi şəvvalın 15-dir (17 aprel).