Azərbaycanda Həccə səfər etmək üçün tələb olunan peyvəndlər açıqlanıb. Bu barədə mayın 19-da QMİ Oxu.az-a xəbər verib.

Bildirilib ki, bu il Həcc ziyarətinə səfər edənlər ən azı iki doza “SinoVac”, “Pfizer/Biontech”, “Sputnik” və ya “AstraZeneca” peyvəndləri ilə aşılanmış olmalıdırlar. Peyvənd sertifikatının bitmə vaxtı isə 6 ayı keçməməlidir. Yəni bir şəxs Həcc ziyarətinə gedirsə, onun yola düşdüyü andan COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalarsa, o, ziyarətə gedə bilməyəcək.

Sözügedən qərar Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi tərəfindən qəbul olunub. Səfər tələbləri məktub formasında QMİ-ə göndərilib. Bundan əlavə, səfər edəcək şəxsin yaşı 65-dən yuxarı olmamalıdır.

Azərbaycan üçün ayrılan kvota və səfər qiyməti yaxın günlərdə açıqlanacaq. Koronovirudan öncə isə səfərin bir nəfər üçün qiyməti 4285 ABŞ dolları təşkil edib.