Mayın 19-da QMİ sədri Allahşükür Paşazadə “Dini etiqad haqqında” qanunda edilən dəyişikliklərə öz fikrini bildirib. Bu barədə Report xəbər verib.

Şeyxülislam qeyd edib ki, QMİ din xadimlərinin attestasiyasının keçirilməsi prosesinə müəyyən qədər öz töhfəsini verəcək. Onun sözlərinə görə, imtahanda tanınmış din xadimləri iştirak edəcək.

Fevralın 25-i Milli Məclisdə məscidlərə din xadimi təyin edilməsi səlahiyyətinin Qafqaz Müsəlmanları İdarəsindən alınması və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi haqda qanun layihəsi qəbul edilib. Bildirilib ki, artıq QMİ nümayəndələri yalnız imtahanın gedişatını izləyəcəklər.