İmam Hüseyn (ə.s) hərəmi ziyarətgahda baş verən yanğın barədə açıqlama yayıb. Bu barədə mayın 17-də hərəmin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində heç kim xəsarət almayıb. Tikinti sahələri, həmçinin itki verilmədən yanğından xilas edilib. Hərəm rəsmilərinin sözlərinə görə, belə halların gələckədə təkrarlanmaması üçün lazimi tədbirlər görüləcək.

Mayın 17-də İmam Hüseyn (ə.s) hərəminin əl-Əqilə həyətindəki tikinti sahələrinin birində yanğın baş verib. İlkin məlumata görə, alov ziyarətgaha aid xalça mağazasına zərər verib.