Ayətullah Şeyx Əbdül Hüseyn İrəvani Hairi 1835-ci ildə dünyaya gəlib. O, Şeyx Əli Əsğər İrəvaninin oğludur və atası kimi zamanının fəqih və təqvalı alimlərindən olub.
Ayətullah ilk təhsilini Kərbəla elmi ocağındakı məşhur alimlərdən alıb, sonra ali təhsil almaq üçün Nəcəf şəhərinə köçüb. Orada İslam elmlərini adlı-sanlı alimlərdən, o cümlədən: Şeyx Məhəmməd Fazil İrəvani, Şeyx Zeynalabdin Mazandarani və Mirzə Əllamə Bərğani Qəzvinidən öyrənməyə başlayır və yüksək elmi məqama çatır.
Alimin “Vəcizətul-məqam fil həlali vəl-həram”, “Vəcizətül-feliyə fil-umuris siyasiyyə”, “Vəcizətun-nəsiriyyə fil-əhkamiş-şəriyyə” kimi əsərləri var.
Ayətullah Şeyx Əbdül Hüseyn İrəvani Hairi 1898-ci ildə Kərbəlada dünyasını dəyişib. O, Nəcəfin Vadius-Salam qəbiristanlığında dəfn edilib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.