Dünən, mayın 17-də Ustad Fatiminiya İranın Qum şəhərində dəfn olunub. Alim Xanım Məsumənin (s.ə) hərəmində digər alimlərin məzarları yanında torpağa tapşırılıb. Bu barədə mayın 18-də khamenei.ir xəbər verib.

Dəfn mərasimində Ustad Fatiminiyanın ailə üzvləri və xeyli sayda insan iştirak edib. Fəqihin cənazə namazı Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin başçılığı ilə keçirilib.

76 yaşlı Ayətullah Seyyid Fatiminiya mayın 16-da xəstəxanada vəfat edib. Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.