Mayın 17-si Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.

Şeyxülislam BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib. Səfirlikdə açılan matəm kitabına başsağlığı sözlərini yazıb. BƏƏ-nin yeni Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhya ilə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə inamını bildirib.

Şeyx Xəlifə bin Zayed Al Nəhya may ayının 13-ü 73 yaşında vəfat edib.