İraqdakı qum fırtınası dörd min insanın xəsarəti ilə nəticələnib. Bu barədə mayın 17-də Report xəbər verib.

İki həftədən çoxdur davam edən fırtına insanların tənəffüs yollarında problemlər yaradıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Fırtına nəticəsində Bağdad, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.

Mayın əvvəlində də İraqın Nəcəf, Kərbəla, Bağdad və bir sıra şəhərlərində toz fırtınası müşahidə olunub. Nəticədə yüzlərlə insan xəsarət alıb. Minə yaxın insanın tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.