Bu gün, mayın 17-i Kərbəlada İmam Hüseynin (ə.s) hərəmi yaxınlığında yanğın hadisəsi baş verib. Bu barədə ninanews xəbər yayıb.

Hadisənin əl-Əqilə həyətindəki tikinti sahələrinin birində baş verdiyi bildirilib. Məlumata görə, alov ziyarətgaha aid xalça mağazasına da zərər verib. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.