Kərbəlada Həzrət Əbəlfəzlin (ə.s) hərəmində Quran qirayəti məclisləri bərpa olunur. Bu barədə məyın 16-da ziyarətgəhın mətbuat xidməti məlumat verib.

Məclislərin hərəmin Əbəlfəzl həyətində baş tutacağı bildirilib. Qirayət layihəsi hərəm qariləri Hacı Usamə Kərbəlayinin və Məhəmməd Rza Kərbəlayinin iştirakı ilə keçirilir. Məclislərin hərəmin tv kanalında canlı yayımlanacağı qeyd olunub.

2020-ci ildə koronavirusa görə müqəddəs hərəmlərdə ləğv olunan bir sıra tədbirlər artıq bərpa olunur. Belə ki, ötən ilin noyabr ayında Nəcəfdə İmam Əli (ə.s) hərəmində Quran proqramı bərpa olunub.