Kərbəla və Nəcəfdə yenidən toz fırtınaları gözlənilir. Bu barədə mayın 15-də shiawaves xəbər verib.

İraqın Meteorologiya və Seysmik Nəzarət Təşkilatının məlumatına əsasən, tozlu hava bu gündən etibarən güclənməyə başlayacaq. Növbəti iki gündə isə hava dəyişməz olaraq qalacaq.

Mayın əvvəlində İraqın Nəcəf, Kərbəla, Bağdan və bir sıra şəhərlərində toz fırtınası müşahidə olunub. Nəticədə yüzlərlə insan xəsarət alıb. Minə yaxın insanın tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.