Səudiyyə Ərəbistanında daha iki şiə edam olunub. Bu barədə shia-news xəbər verib.

Krallıq Qətif vilayətindən olan Məhəmməd əl-Avami və Hüseyn Ali Bu Abdullahı edama məhkum edib. Məlumata görə, Hüseyn Abdullahın cənazəsi gizli saxlanılır və yaxınlarına təhvil verilmir. Belə bir addımın səbəbi isə açıqlanmır.

Bundan əvvəl, martın 12-də Səudiyyə Ərəbistanında kütləvi edam keçirilib. Belə ki, bir gündə 81 nəfər edam edilib, onların arasında 73 şiə müsəlmanı olub. Bu hadisə BMT və bir sıra beynəlxalq təşkilatlar tərəfindən tənqid olunub.