Ayətullah Seyyid Əli Xamenei Ayətullah Seyyid Abdullah Fateminiyanın vəfatı ilə bağlı başsağlığı verib. Bu barədə Giperssilka xəbər verib.
”Bağışlayan və mehriban Allahın adı ilə.
Dəyərli alim və xətib cənab Höccətül-İslam vəl-müslimin Hacı Seyyid Abdullah Fateminiyanın (r) vəfatı münasibətilə onun hörmətli ailəsinə, əzadarlarına və sevənlərinə başsağlığı verirəm.
Bu möhtərəm alimin sahib olduğu geniş məlumat, cəlbedici bəyan və şirin ifadə qabiliyyəti çoxlu sayda gənc üçün faydalı bir mənbə olub.
Onun yoxluğu isə təəssüfedici və kədərvericidir.
Uca və əzəmətli Allahdan bu dəyərli alim və şirin bəyanlı xətibə rəhmət, məğfirət və ali dərəcəli məqamlar əta etməsini diləyirəm”.
Mərhum Seyid Abdullah Fatiminiya bu gün 76 yaşında vəfat edib.