Ayətullah Seyid Abdullah Fatiminiya bu gün 76 yaşında vəfat edib. Bu barədə İQNA xəbər verib.

Alim 2016-cı ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi və bu ilin aprel ayında xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Ayətullah Fatiminiya 1946-cı ildə Təbrizdə anadan olub. O, əxlaq, biblioqrafiya, tarix, hədis və ərəb şeirləri sahəsində çalışırdı. Fəqih öz xütbələri ilə İran televiziyalarında tez-tez çıxış edirdi.