13 may tarixində danimarkalı siyasətçi və hüquqşünas Rasmus Paludan İsveçdə müsəlmanların yaşadığı ərazilərdə Quranı yandırıb. Bu barədə lebanonon.com xəbər verib.
Siyasətçi Quranı yandırarkən polislər tərəfindən mühafizə olunub.
Rasmus Paludan 2017-ci ildən Danimarkanın müxtəlif şəhərlərində Quranın nüsxələrini yandırır.
Daha öncə, ramazan ayında İsveçdə o, təşkil etdiyi aksiyada polislərin himayəsi altında Quranı yandırıb. Etirazçılarla polis arasında baş verən münaqişədə 26 polis və 14 etirazçı yaralanıb.
Bu hadisə dünya müsəlmanlarının və din xadimlərinin narazılığına səbəb olub.