Ayətullah Şeyx Məhəmməd Əli Gəncəvi Qafqazi Gəncə şəhərində dünyaya gəlib.
O, dövrünün din xadimi və fəzilətli şəxslərdən biri idi.
İslam elmlərinə maraq göstərən Məhəmməd Əli təhsilini artırmaq üçün Nəcəf şəhərinə köçür. O, orada məşhur alim Şeyx Məhəmməd Həsən Mamaqani və onlarla türk, fars və ərəb alimlərinin dərslərində iştirak edərək, yüksək ictihad məqamına çatır.
Bundan sonra Ayətullah Nəcəfdə müxtəlif dini elmləri tədris etməyə başlayır. Gəncəvi Nəcəfin alimləri arasında özünə xüsusi hörmət qazanır. Orada olduğu müddətdə Həzrət Əlinin (ə.s) pak hərəmində camaat namazı təşkil edir. Şeyx Məhəmməd Əli Gəncəvidən bir neçə əlyazması və elmi kitablara yazdığı haşiyə yadigar qalıb.
Məhəmməd Əli Gəncəvi 1935-ci ildə Nəcəfdə vəfat edib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.