Mayın 11-də Qazaxıstanda Quran xəttatlığı sərgisi keçirilib. Bu barədə İQNA xəbər verib.

Sərgi Qazaxıstanın Nur Sultan şəhərindəki Kazguy Universitetinin dəstəyi və İranın Qazaxıstandakı mədəniyyət müşavirinin iştirakı ilə baş tutub. Açılış mərasimi universitetinin prorektoru, İranın səfiri və İranın Qazaxıstandakı mədəniyyət müşaviri tərəfində həyata keçirilib.

Tədbirdə xəttatlığın yaranması tarixi və Quran xəttatı Möhsin İbrahiminin bu sahədə təcrübələri haqqında seminar keçirilib.