Tomson Cefferson Universiteti Xəstəxanası və Tibb Kollecindəki Mirna Brind İnteqrativ Tibb Tədqiqat Mərkəzinin direktoru, tibb elmləri doktoru Endryu Nyuberq uzun zamandır ki, dini və mənəvi təcrübələrin nevrotik təsirini tədqiq etmişdir. Bu barədə mayın 13-ü Moderator.az məlumat verib.

O, namazın insanın beyninə təsirini öyrənmək üçün ibadət zamanı insan beyninə zərərsiz radioaktiv boya yeridib. Boya bədən üzərində hərəkət edərək qan axınının ən güclü olduğu hissəsinə keçir. Eksperiment nəticəsində müəyyən olunub ki, namaz əsnasında beyinin mücərrəd düşünməyə cavabdeh olan ön alın hissəsi çox aktiv olub. Doktor Nyuberq hesab edir ki, Allaha dua etmək insan beyninə insanlarla ünsiyyətdə olmaqla oxşar təsir göstərir.

Bu təcrübə ateistlərin meditasiyası ilə müqayisə edilib, onların meditasiya zamanı beyin fəallığı qeydə alınmayıb. Ateistlər üçün Allah təsəvvür edilməz olsa da, dindarlar üçün o, fiziki dünya qədər realdır.

Tədqiqatçı belə nəticəyə gəlib ki, ibadət nevroloji təcrübə yaradır. Bu eksperiment ibadətin beyin hüceyrələrinin spesifik reaksiyasını doğurduğunu anlamağa kömək edir.

Eksperiment