Mübarək ramazan ayı ilə bağlı Bakının Məşədi Dadaş məscidində yardım aksiyası təşkil edilirdi. Aksiyaların artıq sona çatdığı bildirilib. Bu barədə mayın 12-də hacishahin.az xəbər verib.

Müqəddəs ay ərzində minə yaxın ailəyə birdəfəlik ərzaq yardımı göstərilib. Fitr bayramında isə yardım ardıcıl olaraq iki gün davam edib. Bildirilib ki, bu işdə məscidin icması, xeyirxah insanlar və ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər yardım göstərib.

Məscid, həmçinin Pasxa bayramında xristian ailələrə də bayram sovqatı paylayıb.