Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, bu il Azərbaycandan olan zəvvarlara Həcc ziyarətinə icazə verilib. Bu barədə Modern.az xəbər verib.

O qeyd edib ki, hazırda Azərbaycana ayrılan kvota və qiymətlər müəyyən olunmayıb, lakin bir həftə ərzində məlumat açıqlanacaq.

Bu il Azərbaycandan Həcc ziyarətinə yalnız ölkə vətəndaşları yollana bilərlər. Zəvvarların yaşı 65-dən aşağı olmalıdır.

Qeyd edək ki, 2020-2021-ci illərdə koronavirus səbəbindən Azərbaycandan olan zəvvarlara Həcc ziyarətinə getmək icazə verilməyib.