İran Azərbaycandan gələn turistlər üçün xüsusi proqram hazırlayır, turistlərə daha çox güzəştlər olunacaq. Bunu İranın mədəni irs və turizm nazirinin müavini Əliəskər Şalbafian dediyi sözlərə istinadən 1news.az xəbər verib.

“Bu proqrama İranda sağlamlıq turizmi xidmətləri, ölkənin turizm bölgələrinə turlar və müqəddəs yerlərə ziyarətlər daxildir. İran bu turların təşkilini sadələşdirməyə çalışır”, – deyə o Mazandaran əyalətinin Sari şəhərində keçirilən tədbirdə bildirib.

Nazir müavini İran və Azərbaycan arasında turizm sektorunda əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.