Bu gün, mayın 12-də Səudiyyə Ərəbistanının şiə fəalları YUNESKO-nu Bəqi qəbiristanlığının Ümumdünya İrs siyahısına daxil etməyə çağırıblar. Bu barədə shiawaves xəbər verib.

Fəallar bildiriblər ki, Bəqi məzarlığı nəinki şiələr, ümumiyyətlə, bütün müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Onlar hesab edir ki, qəbiristanlığın qorunması və orada olan İmamların (ə.s) məqbərəsinin bərpası ilə bağlı YUNESKO birgə əməkdaşlıq üçün Səudiyyə Ərəbistanına müraciət etməlidir.

Bundan öncə, mayın 10-da ABŞ-nin Vaşinqton şəhərində Bəqi qəbiristanlığında İmamların (ə.s) dağıdılmış məqbərəsinin bərpası üçün yürüş keçirilib. Belə ki, həmin gün, şəvval ayının 8-i Bəqi qəbiristanlığında məsum İmamların (ə.s) məqbərəsinin sökülməsinin 97-ci ildönümü idi.