Məscid Bakının Xocəsən qəsəbəsində yerləşir. İbadət evi 1988-1990-cı illərdə inşa olunub. İbadətgah yerli əhalinin vəsaiti hesabına tikilib.

Məscid mişar daşı ilə inşa edilib. İbadət evinin tavanı dörd dəmir dirək üzərində dayanır. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadətgah qoşa minarəyə və bir günbəzə malikdir. Minarələr kərpiclə işlənib.

Əvvəllər qəsəbədə köhnə məscid mövcud olub. İbadət evi 1710-cu ildə inşa olunub. Bu ibadətgah 1937-ci ildə sökülüb. Sonralar həmin məscidin yerində hazırkı ibadətgah tikilib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.binegedi-ih.gov.az