Əfqanıstanda Taliban Behsud bölgəsində yaşayan həzara şiələrinə təcavüz edir. Bu barədə mayın 11-də shia-news xəbər verib.

Əfqanıstanın yeni hakimiyyəti iki həftədir ki, müxtəlif səbəblərlə Behsud sakinlərini sıxışdıraraq onlara əziyyət verir. Sakinlərdən bəzilərinin həbs edildiyi bildirilib. Məlumatda həbsdə onlara zülm edildiyi və külli miqdarda pul alındığı da qeyd olunub.