Azərbaycanda din xadimləri beş ildən bir attestasiyadan keçəcək. Bu barədə mayın 10-u Trend xəbər verib.

Bu qərar  “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinə öz əksini tapır. Attestasiyanın keçirilməsi məqsədilə 9 nəfərdən ibarət olan komissiya yaradılıb. Komissiya sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, komitə sədri tərəfindən təsdiq edilir. Din xadimləri attestasiyadan bir ay öncə tədbirin keçirilməsi müddəti, cədvəli və digər məlumatları əldə edəcəklər.

Dövlət Komitəsinin sədr müavini bildirib ki, attestasiyadan həm din xadimləri, həm də din xadimi olmaq istəyənlər keçəcək. İmtahanda iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq

Fevralın 25-i Milli Məclisdə məscidlərə din xadimi təyin edilməsi səlahiyyətinin Qafqaz Müsəlmanları İdarəsindən alınması və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi haqda qanun layihəsi qəbul edilib. Hazırda QMİ nümayəndələri yalnız imtahanın gedişatını izləyəcək.