Bu il Həcc ziyarətinə yalnız yaşı 65-dən az olan şəxslər səfər edə biləcək. Bu qayda Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi tərəfindən tətbiq olunub.

Bu ilin iyun ayının sonunda Azərbaycandan vacib Həcc ziyarətinə zəvvarların göndərilməsi planlaşdırılır. Lakin səfər qiyməti və Azərbaycan üçün ayrılan kvota (insan sayı) hələ məlum deyil. Bu haqda məlumat təxminən 7-10 gün ərzində ictimaiyyətə çatdırılacaq.