Suriyanın Deyr əz-Zor şəhərində şiələrin dini məkanlarının yenidənqurma kampaniyası başlanıb. Bu barədə mayın 9-u Shiawaves xəbər verib.

Son zamanlar hökumətin Əhli-Beytə (ə.s) məxsus bir çox ziyarətgahların, o cümlədən Xədicənin (s.ə) məscidinin yenidənqurulması və açılışında maraqlı olduğu bildirilib.

Sakinlər bunun şəhərə müsbət təsir edəcəyi, dini və iqtisadi dirçəliş kimi qiymətləndirirlər. Yenidənqurma kampaniyaları ziyarətgahları İraq, İran və ölkələrindən gələn ziyarətçilərin üzünə açması üçün töhfə verir.

Daha öncə şəhərdə olan terror qruplaşmalarının sayının artması nəticəsində sözügedən ziyarətgahlar dağıdılmışdır. Şəhər terror qruplaşmaları oradan çıxarıldıqdan sonra daha təhlükəsiz olub.

Qeyd edək ki, mayın 8-i Suriyanın prezidenti Bəşər Əsəd İrana səfər edərək Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.