Mədinə şəhərində yerləşən Bəqi qəbiristanlığına giriş vaxtları uzadıldı. Bu barədə mayın 9-da shiawaves xəbər verib.

Məlumata görə, artıq məzarlığa giriş nəyinki günəş çıxdıqda və günorta vaxtı, hətta günortadan günəş batanadək mümkün olacaq. Lakin qadınların qəbiriristanlığa girişi hələ də qadağandır.

Bildirilib ki, son günlər Bəqi qəbiristanlığının ziyarət əvvəlki vaxtlara nisbətdə daha asan olub. Belə ki, İmamların (ə.s) məzarları önündən keçmək və ya az da olsa onların qarşısında dayanmaq əvvəlki kimi problem yaratmır.