İyun ayının sonu azərbaycanlı zəvvarların Həcc ziyarətinə səfəri baş tutacaq. Bu barədə mayın 10-da QMİ-nin Həcc ziyarəti şöbəsinin müdiri Hacı Azad Bağırov məlumat verib.

Məlumata görə, zəvvarlar Qurban bayramından 10 gün öncə yola düşəcəklər. Qurban bayramının isə bu il 9-10 iyul tarixlərinə təsadüf etməsi gözlənilir.

Səfərin qiyməti barədə isə hələ dəqiq məlumat yoxdur. “Qiymət barədə məlumat təxminən bir həftə sonra müəyyənləşib, açıqlanacaq”, – deyə A.Bağırov qeyd edib.

COVID-19 səbəbindən 2020-2021-ci illərdə Həcc ziyarətinə səfərlər həyata keçirilməyib. Lakin son olaraq 2019-cu ildə Azərbaycandan Həccə səfər qiyməti 4285 ABŞ dolları təşkil edib. Bu qiymətə təyyarə bileti, hotel, gündəlik yemək və nəqliyyat xərcləri daxil idi.