Ayətullah Şeyx Əbdüssəməd Naxçıvani 1776-cı ildə Naxçıvan şəhərində anadan olub. O, dövrünün görkəmli din alimlərindən və fəqihlərindən biri idi. Şeyx Əbdüssəmədin atası Mirzə Məhəmməd Əli Naxçıvani olub.

O, ali dini təhsilinin fiqh və üsul hissələrini Nəcəfi-Əşrəfin məşhur ustadlarından öyrənib və elmi məqama çatıb. “Şərayiul-İslam” kitabına yazdığı haşiyələrdən məlum olur ki, Şeyx Əbdüssəməd 1825-ci ildə yaşayıb. Onun vəfatı barədə məlumat yoxdur.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.