Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu ilin Həcc ziyarətinin üç şərtini açıqlayıb. Bu barədə mayın 9-u İQNA xəbər verib.

Belə ki, Həcc ziyarətinə yalnız yaşı 65-dən aşağı olan zəvvarlar yollana bilərlər. İkinci şərt peyvənddir ki, hər bir zəvvar mütləq şəkildə aşılanmış olmalıdır. Üçüncü şərt isə budur ki, zəvvarlar yola düşməzdən 72 saat öncə PCR testindən keçməlidirlər və həmin testin nəticəsi mənfi olmalıdır.

Bundan əlavə, Ümrə mövsümünün şəvval ayının 30-da başa çatacağı da bildirilib. Ümrə vizası üçün son müraciət tarixi şəvvalın 15-dir (17 aprel).