Ayətullah Mirzə Əbdür-Rəhman Molla Məhəmməd Baqir oğlu Qarabağın Çulundur kəndində anadan olub.

Sonralar o, Şuşa şəhərinə köçüb. Mirzə Əbdür-Rəhman ərəb ədəbiyyatının müqəddimatını öz atasından öyrənib. Daha sonra o, dini təhsilini artırmaq üçün Nəcəfə gedib, orada Şeyx Əhməd Bəhreyni kimi məşhur və seçilmiş hövzə alimlərindən dərs alıb. Nəcəfi-Əşrəfdə dini təhsilini kamilləşdirən Mirzə Əbdür-Rəhman, ictihad məqamına çatıb. Bundan sonra o, yenidən Şuşaya qayıdıb, orada elmi və ictimai məsələlərin həllini öz öhdəsinə götürüb. Alim şəhərdə mədrəsələr açmağa, islam dini qanunlarını təbliğ etməyə və elmdə yüksək dərəcəli tələbələr yetişdirməyə başlayır.

Alimin cəmiyyətdəki güclü nüfuzu Rus imperiyasını narahat edir. Bu səbəbdən, o həbs olunur və ciddi nəzarət altında Tiflis şəhərindəki çar canişini Vorontsovun yanına aparırlır. Bir neçə müddət zindanda qaldıqdan sonra o, azad buraxırlır və Şirvana köçür.

Alim Şirvanda olan zamanlarda camaatın rəğbətini qazanmışdır. Hətta Şirvanda müctəhid olan, Mirzə Məhəmməd ağa Şirvani onun ölümünə aid mərsiyə yazmışdır.

Alimin, həmçinin şeir yazmaq qabiliyyəti olub. O, Farsca yazdığı şeirlərdə özünü “Əlil” ləqəbi ilə təqdim edib.

Mirzə Əbdür-Rəhman 1858-ci ildə, məhərrəm ayının doqquzu Şirvanda vəfat edir. Alimin cənazəsini əvvəlcə Şamaxıya aparırlar. Bir müddət sonra isə onun nəşi Şamaxının o vaxtkı hakimi knyaz Tərxan tərəfindən böyük xərclə Nəcəf şəhərinə aparılıb, dəfn edilir.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.