İrlandiyanın paytaxtı Dublində Fatimeyi-Zəhra (s.ə) haqqında “Cənnət Xanımı” filmi nümayiş etdirilib. Film izləyicilərin gözyaşlarına səbəb oldu. Bu barədə mayın 8-də shiawaves xəbər verib.

Filmi izləyənlər Peyğəmbər (s) qızının başına gətirilən dəhşətli hadisələrə kədərləndiklərini bildiriblər. İzləyicilər, həmçinin bu tarixi hadisənin İslam alimləri tərəfindən gizli saxlanıldığından şikayətləniblər.

Cənnət xanımı” adlı filmin təqdimatı 10 dekabr 2021-ci ildə ABŞ-ın Nyu-York şəhərində baş tutub. Sonralar təqdimat Vaşinqtonda da keçirilib. Filmdə İslam tarixində Xanım Zəhraya (s.ə) edilən zülmlərin müasir dövrdə əksi olaraq İŞİD-in törətdiyi vəhşiliklər göstərilib.

Şiə alimlərinin arasında sözügedən filmin nümayişinə qadağalar tətbiq olunub. Safi Gulpəyqani, Məkarim Şirazi, Nuri Həmədani və Cəfər Sübhani kimi İslamın böyük alimləri bu filmi izləməyin haram olduğunu deyib. Fəqihlər hesab edir ki, bu film müsəlmanlar arasındakı vəhdəti pozur.