İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha müsəlman ölkələrinin birliyinin zəruriliyindən danışıb. Taha hesab edir ki, İslam dini dünyada pis imici ilə üzləşib. Bu barədə mayın 9-da Report xəbər verib.
“Bir çox İslam ölkəsində qeyri-sabitliyə səbəb olan müharibə və qarşıdurmalardan müsəlman dünyası da zərər çəkib”, – deyə İbrahim Taha əlavə edib. O, həmçinin İslam ölkələrinin birliyə olan ehtiyacını vurğulayıb.
Hazırda BƏƏ-nin paytaxtı Əbu-Dabidə Dünya Müsəlman İcmaları Şurasının təşkilatçılığı ilə iki günlük konfrans keçirilir. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də iştrak edir.