Fransanın paytaxtı Parisdə İmam Hüseynin (ə.s) Ərbəini haqqında “Göy qırx gün ağladı” adlı sənədli filmi nümayiş etdirilib. Bu barədə mayın 8-də shiawaves xəbər verib.

Filmin nümayişi şəhərin “Quai Branly-Jacques Chirac” muzeyində baş tutub. Kinonun rejissoru İslam şiə doktrinası sahəsində alim və tədqiqatçı olan Sabrina Marundur.

Filmdə Sabrina Kərbəlada olarkən öz mobil telefonu ilə çəkdiyi əza mərasimlərinin necə keçirildiyini lentə alıb. Rejissor yürüşdə iştirak edənlərdən kamera qarşısında öz mənəvi hisslərini çatdırarkən müsahibə alıb.

Ötən ilin noyabrında Hindistanda Kərbəla haqqında çəkilən sənədli film milli mükafat qazanıb. Rejissor Sourav Saranginin “Kərbəla xatirələri” adlı filmi Ərbəin yürüşlərinə həsr edilib. Bənzər səhnələr azərbaycanlı rejissor Elçin Ağazadə tərəfindən də çəkilib. “Başqa həyat” adlı sənədli filmi Nəcəf və Kərbəlada Ərbəin ziyarətinin necə keçirlməsi canlı olaraq göstərilib.