Mayın 9-da Səudiyyə Ərəbistanı höküməti Bəqi qəbiristanlığının ziyarətinə tətbiq olunan bəzi qadağaları yumuşaldıb. Bu barədə shia-news xəbər verib.

Məlumata görə, qəbiristanlığın ziyarəti üçün ayrılan vaxt müəyyən gədər uzadılıb. Zəvvarların məzarlıqda zikr oxumalarının qarşısı isə əvvəlki gədər alınmır.

Bəqi qəbiristanlığında dörd Əhli Beyt İmamı (ə.s) dəfn olunub. Bunlar İmam Həsən Müctəba (ə.s), İmam Səccad (ə.s), İmam Baqir (ə.s) və İmam Sadiqdir (ə.s). Burada, həmçinin Peyğəmbərin (s) əmisi Abbas (ə.s) və Həzrət Əbəlfəzlin (ə.s) anası Ümmül-Bəninin (s.ə) məzarları yerləşir.