Bu gün, mayın 7-də Taliban Əfqanıstanda qadınlara niqabsız çölə çıxmağı qadağan edib. Bu barədə youm7.com xəbər verib.

Məlumata görə, artıq qadınlar ictimai məkanlarda başdan ayağa gədər örtülü olmalıdırlar. Yeni qərar Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi tərəfindən qəbul edilib.