Bu gün, mayın 7-də QMİ sədri Allahşükür Paşazadə BƏƏ-yə səfərə yola düşəcək. Bu barədə İdarənin mətbuat xidməti xəbər verib.

Məlumata görə, 8-9 may tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabidə “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Paşazadənin səfər məqsədi də məhz sözügdən tədbirdə iştirak etməkdir. Şeyxülislamın “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcəyi gözlənilir.

Bundan öncə, mayın 6-da Allahşükür Paşazadə Qazaxıstana səfər edib. Orada o, “Türk xalqlarının İslam sivilizasiyasının inkişafına töhfəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Həmçinin QMİ sədrinin 28-30 iyun tarixlərində Vaşinqtonda keçiriləcək ABŞ Dövlət Departamentinin sammitinə qatılacağı planlaşdırılır.