Bu gün, mayın 7-də İmam Zamanı (ə.f) təhqir edən şəxs törətdiyi əmələ görə üzrxahlıq edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İki gündür informasiya məkanında TikTok şəbəkəsinin canlı yayım vasitəsilə 12-ci İmamı (ə.f) təhqir edən şəxsin videoları yayılmışdır. Efir zamanı onun Həzrətin (ə.s) ünvanına nalayiq ifadələr səsləndirərək şiə əqidəsini məsxərə etməsi bildirilib.

Bu gün isə sosial şəbəkələrdə sözügedən şəxsin üzr videoları paylaşılıb. O, öz əməlindən peşman olduğunu və bir daha belə bir hərəkəti təkrarlamayacağını qeyd edib.