Bu gün, myın 7-də İngiltərənin paytaxtı Londonda Ramazan ayına həsr edilmiş “Shia Voice” (Şiə səsi) adlı müsabiqənin final mərhələsi baş tutacaq. Bu barədə shiawaves xəbər verib.

Tədbir canlı olaraq Bakı vaxtı ilə saat 20:00-da İmam Hussein TV youtube kanalında yayımlanacaq.

Müsabiqəyə ramazan ayının əvvəlində start verilib. Məlumata görə, yarışmaya Avropa, Amerika, Afrika və dünyanın İslam ölkələrində 750 nəfər qatılıb. Onlardan yalnız 72-si müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu gün keçiriləcək final mərhələdə isə 12 iştirakçı yarışacaq. Qalib izləyicilərin və münsiflər heyətinin rəyi əsasında müəyyən olunacaq.

Müsabiqədə ərəb, fars, urdu və ingilis dillərində çıxışlar ediləcək. İştirakçılar arasında məddahlar, şairlər və qarilər yer alacaq.