Mayın 10-u İraqın Kərbəla şəhərində Qurani-Kərim mövzusu və müasir dünya məsələlərinə dair dördüncü beynəlxalq konfransı keçiriləcək. Bu barədə shiawaves xəbər verib.

Məlumata görə, konfrans İmam Hüseynin (ə.s) hərəmində Ummu Əbihə zalında başlayacaq. Konfransın keçirilməsində məqsəd Qurana düzgün yanaşmanı izah etmək və cəmiyyətin islah olunmasına yardım etməkdir.

Tədbirin məqsədi, həmçinin Quranşünaslıq sahəsində tədqiqatçılara tövsiyələrin verilməsi və İslam ümmətinin müasir problemlərinin Qurani baxışla araşdırılmasıdır.

Bundan öncə, aprelin 7-də Kərbəlada Beynəlxalq Quran tilavəti məclisləri baş tutub. Tədbirdə 13 ölkədən qarilər iştirak edib.