Qazaxıstanın Türküstan şəhərində “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu barədə mayın 6-sı QMİ-nin mətbuat xidməti məlumat verib.

Konfrans Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub. Allahşükür Paşazadə növbəti tədbirinin oktyabr ayının əvvəllərində Azərbaycanın Şuşa şəhərində keçirilməsini təklif edib.