Kanadanın qərbində sürücü yük avtomobili ilə məsciddə ibadət edənlərə hücum edib. Bu barədə mayın 4-də shia-news xəbər verib.

Məlumata görə, sürücüsü avtomobili yüksək sürətlə idarə edərək məscidə tərəf hərəkət edən piyadaların üzərinə sürüb. Hücumun islamofobiya ilə əlaqəli olub olmaması hələ ki məlum deyil. Lakin avtomobilin sürücüsünün artıq həbs edildiyi bildirilib. Hazırda faktla bağlı araşdırma gedir.

Bundan öncə, bu ilin fevral ayında yük avtomobili ilə Cəmkəran məscidinə basqın edilib. Məlumata görə, yanacaqla yüklənmiş avtomobil məscidin 6 nömrəli qapısını dağıdaraq ibadətgahın həyətinə daxil olub. Namaz qılanların və ziyarətgah əməkdaşlarının heç bir xəsarət almadığı və onların ərazidən dərhal uzaqlaşdırıldığı bildirilib.