İrəvanda yerləşən, Azərbaycanın tarixi abidəsi olan Göy məscidin xəritədəki adı bərpa olunub. Bu barədə mayın 5-də Lent.az xəbər verib.

Məlumata görə, məscidin adının dəyişdirilməsi “Google Maps” eksperti Elvin Hüseynovun təşəbbüsü ilə həyata keçirilib. Hazırda abidənin xəritədəki adı Azərbaycan dilində Göy məscid olaraq əks olunub.

Bundan öncə, “Google Maps” adlı elektron xəritədə tarixi məscidin adı erməni dilində “Kapuyt Mzgit” olaraq qeyd edilmişdi.