Əmirəlmöminin Əlinin (ə.s) dəsti-xətti olan Quranın bir nüsxəsi Yəmənin paytaxtı Sana şəhərinin Came Kəbir məscidinin kitabxanasında qorunub saxlanılır. Bu barədə Almasirah xəbər verib.

Əlyazma iki cilddən ibarətdir: birinci cild Kəf surəsidir, ikinci cild isə Məryəm surəsindən Həşr surəsinə qədərdir.

Mütəxəssislərin verdiyi məlumata əsasən, nüsxənin bəzi səhifələrində qırmızı ləkələr bu Quranı oxuyarkən şəhid edilən şəxslərin qanıdır.

Əvvəllər bu nüsxə Sanada yerləşən Şahideyn məscidində saxlanılırdı. Bildirilir ki, bura Quran nüsxəsi Mədinə şəhərindən gətirilib.

Came Kəbir məscidinin kitabxanasında bir çox qiymətli əlyazmalar mövcuddur. Lakin bu nüsxə ən mühümlərindən biridir.