Məscid Lerik rayonunun Şingədulan kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 100 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və mişar daşlarından tikilib. Məscidin damı şiferlə örtülüb, tavanı isə taxtadandır. İbadətgahın ön tərəfində ağ rəngdə üç plastik pəncərə və göy rəngdə bir qapı var. Məscidin bir minarəsi var və onun hündürlüyü 12 metrdir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.