Bu gün, mayın 4-də Bakıda ramazan ayı münasibətilə kitab sərgisi keçirilib. Bu barədə AZƏRTAC xəbər verib.

Sərgi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında təşkil olunub. Məlumata görə, sərgidə İslamın yaranma tarixi, İslam dini və Məhəmməd peyğəmbərin (s) həyatından bəhs edən kitablar nümayiş edilib.