Ayətullah Hacı Şeyx Səfər Əli Badkubeyi Bakı şəhərində anadan olub. O, XIX əsrin məşhur alimlərindən biri idi.

Hacı Şeyx Səfər Əli Badkubeyi ali təhsilini Nəcəfdə alaraq, yüksək elmi məqama çatıb. Alimin Nəcəfdəki ustadlarından Şeyx Məhəmməd Lahici, Seyyid Hüseyn Kuhkəməri və digərləri olub.

O, Ayətullah Kuhkəmərinin zamanında öz vətəninə qayıdıb, dini hökmləri təbliğ edib, mədrəsə açıb, dərs deyib.

Hacı Şeyx Səfər Əli Badkubeyi XX əsrin əvvəllərində vəfat edib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.