Mayın 2-də Türkiyə Zeynəbiyə məscidində bayram namazı qılınıb. Bu barədə zeynebiye.com xəbər verib.

Namaz məscidin din xadimi Səlahəddin Özgündüzün imaməti ilə qılınıb. Özgündüzün sözlərinə görə, şiə müctəhidləri arasında üfüq məsələsini şərt bilməyənlər bayramı mayın 2-də qeyd edib. Lakin üfüq eyniliyi məsələsini vacib bilən fəqihlərin müqəllidləri Fitr bayramını mayın 3-də qeyd edirlər.

Azərbaycanda məscidlərin əksər hissəsi bayram namazını mayın 3-də qılıblar. Belə ki, bu tarix Ayətullah Sistani, Ayətullah Xamenei və bir sıra müctəhidlərin sözü ilə sabit olub. QMİ-nin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin belə bayram namazını bu gün, mayın 3-də qıldırıb. Lakin İdarənin rəsmi açıqlamasına görə, bayram mayın 2-dir