Şeyx Hüseynqulu Cədidul-İslam Dağıstani (Bağdadi) öz zamanəsinin din yolunda xidmət edən alimlərindən biri olub. O, əvvəlcə məsihi dinində olub. Bağdada səfəri zamanı əvvəlcə İslam dinində təhqiqat aparır, sonra könüllü şəkildə İslam dinini qəbul edir.

Bu dini qəbul etdikdən sonra, o İslam elmlərini öyrənib və “Cədidül-İslam” ləqəbi ilə məşur olub.

Məlumdur ki, yüksək dərəcədə elmi biliyə malik olub, öz həyatında təvazökar, dərin məlumatlı, haqq axtaran olub.

Öz dini (İslam) yolunda bəzi başqa firqələrlə, xüsusilə “Babiyyət” firqəsi ilə çox mübarizə edir. O, bu barədə iki mühüm elmi əsər yazmış və hər ikisi Nəcəf alimlərinin və fəqihlərinin köməyi ilə çap olunub.

Alim bu yolla “Babiyyat” məzhəbində olanların çoxunu həqiqi İslama qaytarır. O, ömrünün sonunda Kərbəlada sakin olur.

Alimin əsərlərindən bunları qeyd etmək olar: “Kəşfüz-zülməti ən mötəqid-atil-babiyyə (ərəb dilində, 1906-cı ildə Babiyyə firqəsinin rədd olunması haqqında yazılıb), “Minhacut-Taliban” (fars dilində) 1902-ci ildə Nəcəfdə alimlərin köməyi ilə çap olunub.

Şeyx Hüseynqulu Cədidul-İslam Dağıstani 1915-ci ildə vəfat edib və Kərbəla şəhərində dəfn edilib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.